“Üç həftədən sonra bankları barmaqla saymalı olacağıq” - Rusiyalı milyarder
“Biz belə çağırışla indiyə qədər rastlaşmamışıq. Dəmir pərdə artıq endirilib”.
AzPolitika.info Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiyanın ən zəngin adamlarından biri, Putinə yaxın şəxslərdən sayılan milyarder Oleq Deripaska deyib.
Bununla bağlı məlumatda deyilir ki, Deripaska Krasnoyarskda keçirilən iqtisadi forumdakı çıxışında müharibənin əleyhinə olduğunu və bunun Rusiyaya baha başa gələcəyini bildirib: “Məndən çox xahiş edirlər ki, bunu deməyim. Lakin mən sülh tərəfdarıyam. Üç həftədən sonra bankların necə olacağı aydınlaşacaq. Görək bizim tərəfdaşlarımızdan kim qalacaq? Fikrimcə, biz çox təəccüblənəcəyik ki, onların neçəsi qalıb. Onları barmaqla saymalı olacağıq...”
Xatırladaq ki, Derepaska ilə bərabər daha bir neçə rusiyalı milyarder Putinin müharibə qərarının əleyhinə çıxıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın