"UKRAYNA 1 AYA TORPAQLARINI AZAD EDƏR" - "Hətta döyüşlər 10-20 km Rusiya ərazisinə keçər..."
“Əgər, Ukrayna öz ərazilərini müharibə yolu ilə azad etmək qərarını qəbul etsə (Krımdan başqa), bu müharibə, maksimum, bir ay çəkər.
Rusiya o əraziləri müdafiə etmək üçün ora indikindən azı 3 dəfə çox qüvvə toplamalıdır. Rusiyanın tanklarını, artilleriya sistemlərini, havadan müdafiə sistemlərini ABŞ-ın verdiyi tank əleyhinə artilleriya, digər silahlar məhv edəcək”.
"AzPolitika" xəbər verir ki, gözlənilən Ukrayna-Rusiya müharibəsinə dair belə optimist proqnozla Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev çıxış edib. O, "pravda.az" saytına bu barədə danışıb.
R.Quliyev bildirib ki, Ukraynanın əsgər və zabitləri rusların əsgər və zabitlərindən dəfələrlə cəsur və qətiyyətlidir, müharibə başlayacağı halda döyüşlər hətta Rusiya ərazilərinə də keçə bilər: “Fikirimcə, Ukrayna ordusu ilk növbədə bir neçə günə bütün separatçıları iki yerə parçalayacaq və qalan əraziləri 3 tərəfdən mühasirəyə alacaq. Nəzərə alsaq ki, bu ərazilərdə əhalinin 50 faizindən çoxu rus deyil, demək içəridən də Ukrayna ordusuna kömək güclənəcək. Rusiya havadan bombalamağa cəsarət etməyəcək, çünki Ukraynanın zenit-artilleriya və raket sistemi çox sayda hərbi təyyarəni məhv edə biləcək. Rusiya o zonaya ordu toplayana qədər torpaqlar azad ediləcək, bəzi istiqamətlərdə Ukrayna ordusu Rusiyanın ərazisinə 10-20 km irəliləyəcək. Ondan sonra danışıqlara başlamaq olar...”
Bu xəbər üçün şərh yazın