“UKRAYNA ADİ ÖLKƏ DEYİL, GÜCLÜ ÖLKƏDİR...” – Ərdoğan Putinə xəbərdarlıq etdi
“Rusiyanın Ukraynanı işğal edəcəyini real yanaşma sanmıram, çünki Ukrayna adi ölkə deyil. Ukrayna güclü ölkədir. Rusiya belə bir addım atmaq üçün bütün dünyada və özündə vəziyyəti nəzərdən keçirməlidir”.
AzPolitika.info Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya səfəri zamanı jurnalistlərə deyib. O, vurğulayıb ki, böhranı rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etməlidir.
Xatırladaq ki, ötən həftə ABŞ, NATO və ATƏT Rusiya ilə danışıqlar aparıb, münasibətlərdəki gərginliyi, Ukrayna böhranını müzakirə ediblər. Danışıqların çətin keçdiyi, ciddi proqres əldə olunmadığı bildirilir.
Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bu münaqişədə indiyədək 13 mindən çox insan öldürülüb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın