Ukrayna İran PUA-sını bu silahla məhv edəcək
Rusiya Ukraynaya qarşı müharibədə İranın pilotsuz təyyarələrindən istifadə edərsə, Ukrayna ordusu onları hava hücumundan müdafiə, raketdən müdafiə, hətta qırıcı təyyarələrin köməyi ilə vura biləcək.
Bunu hərbi ekspert Roman Svitan deyib.
“Bu dronların uçuş hündürlüyü “Stinger”in hədəf məsafəsindən bir qədər yüksəkdir. “Stinger” beş kilometrə qədər hündürlükdə pilotsuz təyyarə vura bilər və deyək ki, “Şahid-191” və “129” (İran pilotsuz təyyarələri – red.) 7-9 kilometrə qədər qalxa bilər. “Stinger” onları bu hündürlükdə vura bilməz, lakin bizim hava hücumundan müdafiə sistemimiz, raketdən müdafiə sistemimiz və Hərbi Hava Qüvvələrimiz İran PUA-sını vuracaq. İndi bizə veriləcək yeni sistemlər - alman IRIS-T və xüsusilə Norveç-Amerika NASAMS-ları 20 kilometr hündürlükdə PUA vura bilirlər. Bu hava hücumundan müdafiə sistemləri üçün İran PUA-sı çox asan hədəf olacaq”, - o bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın