Ukrayna karantini zəiflədir - Baş nazir həyəcan təbili çalır

Ukrayna karantini zəiflədir - Baş nazir həyəcan təbili çalır 

Ukraynanın yeni baş naziri Denis Şmıqal koronavirus epidemiyası səbəbindən tətbiq edilən karantin tədbirlərinin ölkə iqtisadiyyatını müflis edə biləcəyini söyləyib.

“AzPolitika.info” xəbər verir ki, “ICTV” kanalına açıqlama verən baş nazir karantin şərtlərinin yumşaldılması, insanların işləməsinə şərait yaradılması məsələsini müzakirə etdiklərini bildirib.

Ukraynalıların “üç ay evdə elə-belə otura bilmədiklərini” söyləyən baş nazir qeyd edib ki, bunun üçün onların əksəriyyətinin “maliyyə yastığı” yoxdur.

D.Şmıqal deyib ki, ölkə vətəndaşları iqtisadiyyatı hərəkətə gətirmək üçün mütləq pul qazanmalıdırlar: “Ukrayna yarım il işləmədən, divanda oturaraq televizora baxa biləcək qədər varlı ölkələrdən deyil.”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi