Ukrayna ordusu bu istiqamətdə Rusiyanın mövqelərini yardı

Ukrayna ordusu bu istiqamətdə Rusiyanın mövqelərini yardı 

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Belovodsk rayonunda Rusiyanın işğalçı qüvvələrinin mövqelərini yararaq əks-hücuma keçib və mövqelərini möhkəmləndiriblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin Əməliyyatının Qərargahı məlumat yayıb.

Bildirilib ki, xeyli itki verən Rusiya hərbçiləri döyüş meydanından Rusiya sərhədi istiqamətində qaçmağa başlayıblar.

Qeyd edək ki, Birləşmiş Qüvvələrin Əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərqindəki separatçılara qarşı 2018-ci ildən bəri davam etdirdiyi əməliyyatın adıdır. Əməliyyat 2014-cü ildən 2018-ci ilədək Antiterrorçuluq Əməliyyatı adlanıb./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər