Ukrayna ordusunda təmizləmə əməliyyatı-

Ukrayna ordusunda təmizləmə əməliyyatı- Rusiyaya işləyən agentura şəbəkəsi ifşa edildi

Ukrayna hərbi kəşfiyyatının keçmiş əməkdaşlarının Rusiyaya işlədiyi məlum olub.

Bu barədə Ukrayna Təhlükəsizlik Şurasının məlumatında bildirilib.

Qeyd olunub ki, ölkənin bir neçə bölgəsində fəaliyyət göstərən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin agentura şəbəkəsi ifşa olunub. Həmin şəbəkəyə Ukrayna xüsusi təyinatlıları da daxil olub.

Bildirilir ki, satqınlar kəşfiyyat məlumatlarının əldə edilməsi, diversiya əməliyyatları, həmçinin dislokasiya, ordunun hərəkəti ilə bağlı məlumatlarının ötürülməsi kimi tapşırıqları icra ediblər./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi