UKRAYNA ORDUSUNUN ƏKS-HÜCUMU DAVAM EDİR - Bu yaşayış məntəqələri də azad olundu

UKRAYNA ORDUSUNUN ƏKS-HÜCUMU DAVAM EDİR - Bu yaşayış məntəqələri də azad olundu 

Ukrayna ordusu Çerniqov vilayəti yaxınlığında Kolıçovka, Yaqidne, İvanovka yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad edib.

Bu barəd Ukrayna Silahlı Qüvvələrinin “Şimal” Əməliyyat Komandanlığı xəbər verib.

Qeyd edilir ki, ərazidə təmizləmə işləri aparılır, yerli sakinlərə humanitar yardımlar çatdırılır,

"Hazırda yaşayış məntəqələri Rusiyanın işğalından azad edilib. Ərazi Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən təmizlənir və nəzarət olunur. Əhaliyə humanitar yardımlar çatdırılır", - məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Rusiya qoşunlarının sıradan çıxarılmış texnikasının fotolarını da nümayiş etdiriblər.

Rusiya qoşunları Ukraynanın Sumı vilayətini də tərk edir.  Bu barədə Sumı vilayət hərbi administrasiyasının sədri Dmitri Jivitski bildirib.

O, Rusiya qoşunlarının bölgə ərazisindən fəal şəkildə çıxarıldığını vurğulayıb.

"Sumı vilayətindən şad xəbərimiz var. Dünəndən etibarən Rusiya qoşunları bölgəmizdən fəal şəkildə öz ərazilərinə getməyə başlayıblar. Son günlər biz Rusiya qoşunlarının Belopolyedən Konotopun özünə qədər cəmləşməsini müşahidə etdik. Yeni hərbi karvanlar daxil olub, onlar vilayətdə, icmalarda terrorla məşğul olublar, dinc əhaliyə atəş açıblar, meşələri, evləri, küçələri tanklardan, qumbaraatanlardan atəşə tutublar”, - Jivitski deyib.

Onun sözlərinə görə, bununla belə, bu gün vilayətin azad edilməsindən danışmaq hələ tezdir, çünki təmizləmə davam edir, lakin düşmənin hərbi texnikası ərazini tərk edib.

"Artilleriyamız yetişirdi. Onlar dağılmış tankları, dağılmış texnikanı sürüyürdülər, bütün bunlar sadəcə olaraq onların çatışmazlıqlarını ört-basdır etmələri ilə bağlı idi", - o əlavə edib.

Bu arada son bir həftədə Odessaya Qara dənizdən və Rusiyanın ilhaq etdiyi Krımdan raket və pilotsuz uçuş aparatlarının hücumları daha da genişlənib.

Krımın, təxminən, 300 kilometrliyində yerləşən Odessaya son günlər raket hücumlarının sayının artması xüsusilə Rusiya qoşunlarının Ukraynanın Kiyev, Çerniqov və Sumı istiqamətində geri oturdulması fonunda baş verir. Bu səbəbdən şəhərin istər havadan, istərsə də qurudan müdafiəsi son günlər dəfələrlə gücləndirilib. Gün ərzində ən azı 3 dəfə həyəcan siqnalı verilən Odessanın küçələri və yolları ciddi müdafiə istehkamına çevrilib. Buna baxmayaraq, Rusiya raket hücumlarını davam etdirir. Bunlar arasında ağır "İskender M" raketləri də müşahidə olunur. Onların böyük əksəriyyəti Ukrayna Hava Hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilir.

Report.az-ın  Şərqi Avropa bürosu Odessa vilayətindən hazırladığı fotorepertajı təqdim edir:


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi