UKRAYNA RUSİYA ƏRAZİSİNƏ ZƏRBƏLƏR VURUR - Silah-sursat anbarları hədəfə götürülüb (FOTO)
Ukrayna Ordusu son 2-3 gündə Rusiya ərazisindəki strateji məntəqələrə zərbələri intensivləşdirib.
AzPolitika.info xəbər verir ki, Bryansk şəhəri yaxınlığında yerləşən yanacaq anbarına zərbənin ardınca dünən gecə Belqorod şəhəri və Voronej vilayətləri ərazisindəki silah anbarlarına zərbə endirilib.
Belqorod vilayətinin Köhnə Nelidovka kəndindəkı sursat anbarında partlayış haqda qubernator Vyaçeslav Qladkov teleqram kanalında məlumat verib.
“Təxminən 3:35-də partlayışa bənzər yüksək səsdən oyandım. Hələlik şəhərin və rayonun heç bir növbətçi xidməti bu səsin səbəbini tapmayıb. Axtarış davam edir, mən dərhal nəticələr barədə məlumat verəcəyəm”, - Qladkov ilk paylaşımında yazıb və daha sonra dəqiqləşdirib ki, partlayış sursat anbarında olub. Ukrayna ordusunun Rusiya ərazisindəki anbarlara PUA-lardan istifadə edərək zərbələr endirdiyi bildirilir.
Bu xəbər üçün şərh yazın