Ukrayna Rusiyanın iki gəmisini vurdu

Ukrayna Rusiyanın iki gəmisini vurdu 

Gecə saatlarında Ukrayna ordusu Sevastopol limanına raket zərbələri endirib.

Bu barədə Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Kilen-buxtada Qara dəniz donanmasına məxsus gəmilərin təmiri ilə məşğul olan zavod vurulub. Zərbələr nəticəsində Rusiyanın iki gəmisi ciddi zədələnib.

Rusiya Müdafiə Nazirliyi də faktı təsdiqləyib. Nazirliyin məlumatında bildirilib ki, Ukrayna ordusu Orconikidze adına gəmi təmiri zavoduna 10 raket atıb və Qara dənizə çıxan gəmilərə 3 dəniz dronu ilə hücum edib:

“Hava hücumundan müdafiə sistemləri vasitəsilə raketlərdən 7-si zərərsizləşdirilib, “Vasili Bıkov” patrul gəmisi isə dəniz dronlarının hamısını məhv edib. Zavoda 3 raketin düşməsi nəticəsində iki gəmi zədələnib”./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi