Ukrayna Rusiyanın regionlarını vurur

Ukrayna Rusiyanın regionlarını vurur 

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Kursk vilayətinin qubernatoru Roman Starovoyt Kursk yaxınlığındakı HHM sisteminin gecə saatlarında Ukraynaya məxsus bir neçə dronun hücumunu dəf elədiyini bildirib.

Belqorod vilayətinin Şebekino şəhərinin qubernatoru Vyaçeslav Qladkov da gecə hücumlarından danışıb: “Gecə Belqorod vilayətində nisbi sakitlik olub. Dünən gecə saat 2 radələrində Şebekino vilayətində Ukrayna Silahlı Qüvvələrinin olduğu tərəfdən ərailərin atəşə tutulması səsləri eşidilib. Müntəzəm atəşlərlə əlaqədar uşaqları sərhəd rayonlarından köçürməyə davam edirik. İyunun 2-də yüz nəfərə qədər sakin Lipetsk vilayətinə yola salınacaq”.

Bununla yanaşı, Rusiyanın Smolensk vilayətindəki istilik enerjisi kompleksinin obyektlərinə 2 ədəd PUA hücum edib. Yanğın baş verməyib, zərərçəkən yoxdur.

Rusiyanın Bryan vilayətinin quvernatoru Aleksandr Boqomaz “Teleqram” kanalındakı açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin Suzem rayonunun Novoya Poqoş kəndini atəşə tutduqlarını yazıb: “USQ Suzem rayonun Novoya Poqoş kəndini atəşə tutub. Zərərçəkən yoxdur. Atəş nəticəsində ikimərtəbli evə od düşüb. Hadisə yerində operativ xidmət əməkdaşları çalışırlar”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi