"Ukrayna Xersonda əks-hücuma başlayıb" - Prezident Ofisi
"Ukrayna qoşunları Xersonda əks-hücum əməliyyatlarına başlayıb".
Report.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.
“Qoşunlarımız Rusiya ordusunun arxa hissəsində uğurlu əks-hücum əməliyyatlarına keçib. Rusiyanın "Su-35" təyyarəsi vurulub. Maraqlı vəziyyətdir. Bu əks-hücum əməliyyatı aviasiyasi ilə yaxşı təmin olunub. Novaya Kaxovkaya çatmaq üçün yaxşı şanslar var”, - o söyləyib.
Arestoviç hazırkı prosesləri perspektivli hesab etdiyini bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın