“Ukraynada Rus Radiosu”nun adı dəyişdirilərək "Bayraktar" adlandırılıb
Ukraynanın Teleradio Yayımı üzrə Milli Şurası “Ukraynada Rus Radiosu” şirkətinin lisenziyasını ləğv edib.
Report.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə şura məlumat yayıb.
Qurumun mayın 19-da keçirilən iclasında radionun “Radio Bayraktar” adlanmasına dair qərar qəbul olunub. Bundan sonra “Ukraynada Rus radiosu” adı kimi, loqosunu da dəyişib.
Xatırladaq ki, bu il fevralın 27-də TAVR Media radiostansiya qrupu “Ukraynada Rus radiosu”nu qəbul etməmişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın