“UKRAYNADAN BİABIRÇILIQLA ÇIXACAĞIQ!” - Rusiyanın sabiq XİN rəhbərindən Putinə ittihamlar

“UKRAYNADAN BİABIRÇILIQLA ÇIXACAĞIQ!” - Rusiyanın sabiq XİN rəhbərindən Putinə ittihamlar 

"Rusiya ordusu qardaş xalqın qətliamında iştirak edir. Bu müharibə cinayətdir..."

Tanınmış təcrübəli diplomat, Rusiyanın sabiq Xarici İşlər naziri Andrey Kozırev Ukraynaya qarşı işğal əməliyyatını sərt şəkildə tənqid edib. 

Faktinfo.az AzPolitika.info-ya istinadla  xəbər verir ki, Rusiyanın “Dojd” kanalına açıqlama verən Kozırev Rusiyanın dünyanı nüvə müharibəsilə hədələməsinin onun özünün məhvinə bərabər olduğunu deyib: “Kreml mənim gözlərimin qarşısında Rusiyanı məhv edir. Rusiyanın Qərbi nüvə müharibəsi ilə hədələməsi Rusiyanın özünün məhvi deməkdir. Çünki nüvə zərbəsinə veriləcək qarşılıq Rusiyanı məhv edəcək. Bəs, Rusiyanı niyə məhv etmək istəyirlər?

Qardaş Ukraynaya hücum edilir və oradakı qardaşlarımızı öldürürlər, şəhərləri dağıdırlar və s. Bununla bərabər rus xalqı da məhv edilir. Bilmirəm bizim hərbçilər nə fikirləşir. Onlar ilk növbədə Rusiya analarını, övladlarını, Rusiya şəhərlərini müdafiə etməlidirlər. Onların ilk vəzifəsi nüvə avantürasına imkan verməməkdir. Əks halda onlar öz vətənlərinin müdafiəsində yox, məhvində iştirak etmiş olacaqlar. Özü də heç bir səbəb olmadan”.

Sabiq XİN rəhbəri Rusiya hərbçilərinə müraciət edərək, onları cinayətdə iştirak etməməyə çağırıb: Digər yandan Rusiya ordusu qardaş xalqın qətliamında iştirak edir. Bu müharibə cinayətdir. Hərbçilərə müraciət edirəm, cinayətkar əmrlərə tabe olmayın! Qardaşlarımızın qətlinə yönələn əmrlərə heç cür bəraət vermək olmaz. Xoşumuza gəlsə də, gəlməsə də Ukraynalıların necə yaşaması onların öz işidir. Öz səhvinə görə oradakı insanları öldürmək cinayətdir. Hərbçilər bunu durdurmalıdır”.

Rusiya diplomatlarının fəaliyyətini “qeyri-kafi” qiymətləndirən Kozırev onların diplomat yox, “lakey” olduqlarını deyib. Həmçinin, qeyd edib ki, Rusiya Ukraynanı vaxtilə Əfqanıstanda olduğu kimi, biabırçılıqla tərk edəcək: “Təəssüf ki, Ukraynanı Əfqanıstanda olduğu kimi, biabırçılıqla tərk etməli olacağıq. Hələ üstəgəl, reparatsiya(təzminat-red.) da ödəməli olacağıq. Böyük iqtisadi itki veririk və bu, hələ başlanğıcdır. Üstəgəl də Ukraynadakı dağıntılara görə təzminat da ödəyəcəyik. Orada xalq döyüşür. Xalqla döyüşmək olmaz!”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi