Ukraynalının ruslara şok çağırışı - Video
Ukraynanın Jmerinka şəhərinin sakini rusiyalılara video-müraciət ünvanlayıb.
Axar.az xəbər verir ki, özünü Aleksey Beznasyuk kimi təqdim edən şəxs rusiyalıları Kremlin yalanlarına inanmağa, təxribatlara uymamağa çağırıb.
“Əziz rusiyalılar, hazırda şəhərdə həyəcan siqnalı verilir. Mənim uşaqlarım zirzəmidə yaşayır. Bura Mərkəzi Ukraynadır, Donbas və ya Xarkov deyil. 36 illik həyatım boyu rus dilində danışmışam. Mən hətta rus dilində fikirləşirəm, rus dilində yuxu görürəm. Buna görə heç kim məni və uşaqlarımı təhqir etməyib. Nə Poltavada, nə Lvovda, nə Karpatda. Hər yerdə rusca danışıram, ukraynca da pis bilirəm. Banderovçular da yoxdur, kimisə ovlamırlar”, - Beznasyuk bildirib.
Qeyd edək ki, rus təbliğat maşının Ukraynada rus dilinə və ruslara qarşı “qoyrıqım” olduğunu iddia edir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın