“Ukraynanın NATO-ya üzv olması prosesi artıq başlayıb" -

“Ukraynanın NATO-ya üzv olması prosesi artıq başlayıb" - Deputat

“Ukraynanın NATO-ya daxil olması prosesi artıq başlayıb və bu proses mütləq uğurla başa çatacaq”.

Report.az  “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasından olan depuat David Araxamia teleqramda yazıb.

O bildirib ki, artıq 11 ölkə Kiyevin bu təşəbbüsünü dəstəkləyib: “Bizim rəsmi müraciətimiz artıq NATO-nun Brüsseldəki mənzil-qərargahındadır. Proses başlayıb, geriyə dönüş yoxdur”.

D.Araxamia Ukraynanı dəstəkləyən ölkələrin adlarını da açıqlayıb: “Artıq tək deyilik. Bizi 11 ölkə, o cümlədən Kanada, Polşa, Slovakiya, Çexiya, Rumıniya, Litva, Estoniya, Latviya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya açıq şəkildə dəstəkləyib. Məqsədimizə mütləq çatacağıq. Məqsədlərimiz kiməsə qeyri-real və ya çox iddialı görünsə belə. Dünya dəyişib. Biz onu dəyişmişik və yeni dünyada ölkəmiz öz layiqli yerini tutacaq”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 30-da ölkəsinin sürətləndirilmiş əsaslarla NATO-ya üzvlük ərizəsini imzalayıb.

Ukraynanın Alyansdakı səfiri Nataliya Qalibarenko deyib ki, Kiyevin NATO-ya üzvlüyü ilə bağlı müzakirələr oktyabrın ortalarından başlayacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi