Ulu Öndər Heydər Əliyevin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub
Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummillilider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var.
Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu.
Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı
olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi
hesab edib. Ulu öndərimizin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi
tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi
potensialın yaradılmasına xidmət edib. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər
zaman gənclərə qayğı ilə yanaşıb, onların problemlərini həll etməyə çalışıb.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin
həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək
məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan
Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci
ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən
olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də isə forumun ildönümü münasibətilə
gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 Fevral - Azərbaycan Gəncləri
Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.
Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və
dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Dövlətin gənclər
siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni
inkişaf mərhələsinə qaldırılıb. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif
sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit
şərait yaradılıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə
seçilir.
1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda çıxış edən
Ümummilli Lider Heydər Əliyev Gənclər Forumunda çıxışında onların qarşısında ölkənin
gələcəyini təmin edəcək vəzifələr qoymuşdu: “Hər bir Azərbaycan gənci hər şeydən çox,
hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Dahi
siyasətçinin bu sözləri qayğısı ilə əhatə olunan gəncliyin vətənpərvər ruhda böyüməsinə və
cəmiyyətin aparıcı qüvvəsinə zəmin yaratdı. Ulu Öndərin gənclər siyasəti möhtərəm
Prezident İlham Əliyev tərəfindən davam etdirildi. Ölkəmizdə gənclərdən ibarət savadlı,
vətənpərvər, gənclər ordusu yetişdi. Bu da Ulu Öndərimizin istədiyi kimi, dövlətimizin
nəticəsində görülən işlər güclü Azərbaycan gəncliyinin yetişməsinə, bu isə dövlətimizin
daha da güclənməsinə səbəb oldu.
Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata
keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə
dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da
sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər
Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi.
Ümummilli Liderin Azərbaycan gəncliyinə ən böyük töhfələrindən biri milli gəncliyimizə
rəhbərlik edə biləcək, gənc və təcrübəli bir kadr İlham Əliyev cənablarını yetişdirməsi oldu.
Yeni minillikdə gənc liderlə inamla və ilhamla addımlayan Azərbaycan gəncliyi elm,
mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, siyasət. ictimai və sosialyönümlü
fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi nailiyyətlər əldə etmişdir.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq
məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişaf edən Azərbaycan gənci müzəffəz Ali Baş
komandanın rəhbərliyi ilə 44 günlük “Vətən müharibəsi”ndə qəhrəmanlıq dastanı yazdı.
Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan
qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz
onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa
etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bu qələbə ilə məlum
oldu ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı üçün
şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. 44 günlük Vətən
müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş
etdirdi.
Tam əminliklə söyləyə bilərik ki, gənclərə xüsusi münasibət bəsləyən, ürəyi daim
gənclərlə olan, onlara arxalanan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında
gənclərimiz respublikamızın gələcək inkişafı naminə bütün sahələrdə daha yüksək zirvələr
fəth edəcəklər. Bu gün Azərbaycan gəncliyi ölkəmizin sabahını yalnız prezident İlham
Əliyevə bağlayır, öz həyat və yaradıcılığının xalqına, Vətəninə və dövlətinə həsr
etməyə hazırdır.
Araz Hüseynov,
Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi
Bu xəbər üçün şərh yazın