UNİVERSİTETLƏRİN AÇILMASI TƏXİRƏ SALINA BİLƏR - Koronavirusun yeni ştammına görə
Azərbaycanda ali təhsil müəssisələrinin fevralın 15-də gözlənilən açılışının təxirə salınacağı proqnozlaşdırılır.
Report.az-ın əldə etdiyi məlumata görə, bunun ölkədə koronavirus infeksiyasının yeni ştammının yayılmasının qarşısının alınması ilə əlaqədar olduğu ehtimal edilir.
Hazırda bununla bağlı müvafiq qurumlar tərəfindən müzakirələrin aparıldığı və sanitar-epidemioloji vəziyyətin təhlil olunduğu barədə məlumatlar var.
Buna görə də, müzakirələrdən sonra ali təhsil müəssisələrinin açılıb-açılmayacağı ilə bağlı fevralın 10-da yekun qərar veriləcək.
Qeyd edək ki, dünyanın bir çok ölkələrində koronavirusun yeni mutasiyası sürətlə yayılıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın