Uşaq bağçasının ərzağını belə oğurladılar - FOTOFAKT
Siyəzən şəhərində Elsəvər Kərimov adına olan 1 saylı (köhnə 9 saylı) uşaq bağçasının ərzaq təminatı bağçanın direktoru tərəfindən oğurlanaraq satılır.
Bu barədə 7times.az-a məlumat verən rayon sakini Elşən Məhərrəmov bildirib ki, bağça direktoru dəfələrlə müəssisə üçün tədarük edilən ərzaq məhsullarının bir hissəsini evinə aparır.
Bağçanın direktoru Nabatxanım Əbdülova bağçaya verilən əti, yağı və digər ərzaq məhsullarını hər gün evinə daşıyıb aparır. Dəfələrlə buna etiraz etsək də nəticə olmayıb.
Bağça direktoru onun bu əməllərinə etiraz etdiyi üçün Elşən Məhərrəmovun anası, bağçanın musiqi müəlliməsi olan Elmira Məhərrəmovanı işdən uzaqlaşdırıb. Səbəb kimi isə onun pensiya yaşına çatdığı göstərilib. Amma buna baxmayaraq Elmira Məhərrəmovanın işdən çıxarılması ilə bağlı əmr ona verilməyib. Vətəndaş bununla əlaqədar olaraq məhkəmə orqanlarına müraciət etməyi planlaşdırır. Bağçanın ərzaq məhsullarının oğurlanması ilə bağlı isə yəqin ki, rayonun hüquq mühafizə orqanları bir tədbir görər.
Şəkillərdə hər iki əlində ərzaq çantası olan şəxs bağça müdirəsi olan Nabatxanım Əbdülovadır. Nəqliyyat vasitəsi isə onun qaynatasına məxsusdur.
Bu xəbər üçün şərh yazın