ÜST: Karantin rejimi yumşaldılan Avropa ölkələrində yenidən yoluxma hallarının artdığı müşahidə olunur

ÜST: Karantin rejimi yumşaldılan Avropa ölkələrində yenidən yoluxma hallarının artdığı müşahidə olunur 

“Bu günədək dünyada 660 min insan COVİD-19-dan vəfat edib”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda səfərdə olan missiyasının rəhbəri David Novillo Ortiz deyib.

 Onun sözlərinə görə, mübarizə davam etdirilməlidir: “Çox sərt karantin tədbirlərindən sonra insanlar yorulub və normal həyata qayıtmaq istəyirdilər. Buna görə də bəzi Avropa ölkələrində yenidən yoluxma hallarının artdığı müşahidə olunur. Lakin biz əlimizdən gələni etməliyik ki, yoluxmanın qarşısını alaq. 

Xəstəlik hələ yox olmayıb. Biz qaydalara əməl etməsək, yayılma daha da artacaq, bu da bizim həyatımıza təsir göstərəcək. Bunun üçün çox önəmlidir ki, insanlar təcrid olunsunlar və təmasdan qaçsınlar. Yoluxmanın yenidən artmasına çalışmaq lazım deyil”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi