Valideyinlər şikayət etdi,müəllimlər təsdiqlədi, direktor işdən çıxarıldı –Təhsil Nazirliyi məlumat yaydı
Valideynlərin və müəllim kollektivinin şikayəti əsasında Bakı şəhəri 323 nömrəli tam orta məktəbin direktoru ilə bağlı yerində araşdırma aparılıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Araşdırma nəticəsində direktor Günay Rüstəmova tərəfindən məktəbdə təlim-tərbiyə prosesinin təşkil edilməsi və həyata keçirilməsinin keyfiyyətsiz olması, şagirdlərin yekun nəticələrində düzəlişlər edilməsi, təlim nailiyyətləri kifayət etməyən bəzi şagirdlərə qanunsuz olaraq ümumi orta təhsil haqqında fərqlənmə attestatlarınınverilməsi, həmçinin “Xüsusi hallar barədə” əmrin və “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında” Təlimatın tələblərinin pozulması müəyyən edilib.
Müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, öhdəlik və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə məktəbin direktoru Günay Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bu xəbər üçün şərh yazın