Vəhşi heyvanlar üçün nəzərdə tutulan əti əhaliyə satıblar
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ətrafında aparılan antikorrupsiya əməliyyatlarının əhatə dairəsi genişlənir.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, yaxın zamanlarda Muxtar Respublikanın daha bir məşhur şəxsi- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri Bəxtiyar İsmayılov qandallanacaq.
Məlumata görə, Bəxtiyar İsmayılov ətrafında aparılan araşdırmalar zamanı onun yerli sahibkarlardan külli miqdarda haqq toplaması və bir sıra sensasion əməlləri üzə çıxıb.
“Bu barədə istintaqçılara kifayət qədər dəlillər təqdim olunub” deyən mənbə bildirib ki, Bəxtiyar İsmayılovun ən böyük cinayəti onun Brazilyadan gətirilmiş zərərli broyler toyuqlarını “Ləzzət” adı ilə sertifkatlaşdırıb, satışına imkan verməsi olub.
Belə ki, Vasif Talıbov ailəsinin Braziliyadan gətizdirdiyi 10 min ton toyuq əti “Ləzzət” adı ilə bazarlara çıxarılıb.
Bildirilir ki, bu ət əslində vəhşi heyvanlar üçün nəzərdə tutulsa da onu əhaliyə satıblar.
Qeyd edək ki, Bəxtiyar İsmayılov 15 il Statistika Komitəsinin rəisi olub, 2015-ci ildən Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri postuna gətirilib.
Bu xəbər üçün şərh yazın