Vəkili Rəşad Dağlıdan yazdı
Vəkil Elvin Əliyev hazırda həbsxanada olan meyxanaçı Rəşad Daşlı ilə bağlı paylaşım edib.
Vəkil paylaşımında bunları yazıb:
"Vəkili olduğum şəxslərin içərisində Rəşad bir başqadır. Sakit təbiətli, tərbiyyəli, əxlaqlı oğlandır Rəşad. Milli və mənəvi dəyərlərə qiymət verən, dövlətini, Azərbaycan xalqını hədsiz sevən biridir. Şəhid ailələrinə, qazilərə daima diqqət və qayğı göstərir. Hazırda istintaq təcridxanasında olmasına baxmayaraq, yenə də şəhid ailələri və qazilərlə maraqlanır, diqqətini göstərir. Dövlətinə düşmənçilik mövqeyi nümayiş elətdirənlərin gözünün içinə baxan, dövlətinin müdafiəsi üçün sözünü əsirgəmiyən, vətən sevgisini hər fürsətdə dilə gətirən oğullardandır Rəşad. Rəşad həmin oğuldur ki, cəmiyyətin sevgisini və rəğbət qazanıb. Onun uşaqlarına verdiyi tərbiyə, ailəsinə bağlılığı, böyükləriylə rəftarı aldığı tərbiyyənin, onun qanacağının danılmaz bariz nümunəsidir. Hər kəslə subardinasiya qaydalarını gözləyən, heç kəsi incitməmək, xətrinə dəyməmək üçün əlindən gələni edəcək xarakterə sahibdir Rəşad. Çox söz yazmaq olar Rəşad barəsində, ancaq qisa onu deyirəm ki, Rəşadı tanımağa dəyər".
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bu xəbər üçün şərh yazın