Vergi Məcəlləsinə xalqdan gizlin saxlanılan dəyişiklər gözlənilir-

Vergi Məcəlləsinə xalqdan gizlin saxlanılan dəyişiklər gözlənilir- İDDİA

Məlum olduğu kimi bu ilin sonuna qədər Vergi Məcəllənin bir sıra ciddi dəyişikliklər olacaq.

Ancaq nə hökumət, nə də parlament bu dəyişikliyin nədən ibarət olmasını açıqlamadığından iqtisadçılarda və sahibkarlarda ciddi suallar yaradıb.

Gununsesi.info bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında məcəlləyə ediləcək dəyişikliklər nəticəsində dövlət büdcəsinə 42 milyon 500 min manat əlavə vəsait daxil olacağını deyib.
Bu isə o deməkdir ki, vergi sanksiyaları ciddi şəkildə sərtləşdiriləcək.
Əməkdaşımızın özəl mənbədən araşdırması zamanı bəlli olub ki, vergi qanunvericiliyini pozan şirkətlərə maliyyə sanksiyası 20 dəfəyədək artırılacaq.

Xalqdan gizlin saxlanılan dəyişikliklər arasında Əlavə Dəyər Vergisi (ƏDV) ilə də bağlı yeniliklər olacaq.
Məlumatda bildirirlir ki, məcəlləyə dəyişiklikdə nağdsız əməliyyatlar geri qaytarılan ƏDV-nin 10 faizdən 5 faizə endirilməsi nəzərdə tutulub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi