“Vətəndaşların Ağdama qayıtmağına köməklik göstəriləcək” - "Şəhəri bərpa edəcəyik”
“Ağdam şəhərini də biz bərpa edəcəyik”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, bununla bağlı baş plan hazırlanacaq: “Mütəxəssislər cəlb ediləcək, planlı şəkildə işlər görüləcək. Vətəndaşlara ora qayıtmaq üçün köməklik göstəriləcək”.
Ali Baş Komandan artıq bərpa işlərinə başlanıldığını xatırladıb: "Füzulidən Şuşaya yol çəkilməsi üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, gələn il əlavə vəsait ayrılacaq. Göstəriş vermişəm, bir neçə şirkət cəlb olunsun ki, vaxt itirmədən tez yolu çəkək".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın