Vətənə qayıda bilməyən Damlanın harayı: “Yastığımı qucaqlayıb ağlayıram” — FOTO
“Gözləmək qədər bərbad bir duyğu yoxdur. Artıq səbrimin son damlalarını yaşayıram. Hər sabah bir ümid, bir işıqla oyanırsan... Amma yenə də ümidlərin puça dönür”.
Bu sözləri koronavirus pandemiyası səbəbi ilə Rusiyadan Azərbaycana qayıda bilməyən müğənni Damla yazıb:
“Evinə dönmək üçün saatları sayırsan. Əlindən heç nə gəlmir deyə, yenidən növbəti günləri hesablamağa başlayırsan. Bu gün yenə də balamı, anamı görmədim deyə, yastığımı qucaqlayıb ağlayıram. Nəfəs ala bilməmək bu imiş demək... Çox darıxıram”.
Qeyd edək ki, mart ayında el məclisində iştirak etmək üçün prodüseri Şamil İbrahimovla Moskvaya gedən Damla koronavirus pandemiyasına görə sərhədlər bağlandığından Vətənə geri dönə bilmir./oxu.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın