“Veysəloğlu”da yeyintinin üstü açıldı: Departament rəisi və kommersiya direktoru işdən qovuldu
“Veysəloğlu” şirkətinin Salyan regional mərkəzinin rəhbəri Mirağa Ağalarov vəzifəsindən uzaqlaşdırılıb.
Pravda.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. M. Ağalarovun işində yol verdiyi nöqsanlara, həmçinin şirkətin külli miqdarda əmlakını mənimsədiyinə görə, tutduğu vəzifəsindən azad edildiyi deyilir. Onun barəsində araşdırma başlandığı xəbər verilir.
Başqa bir xəbərdə isə deyilir ki, “Veysəloğlu”nun baş ofisində kommersiya direktoru olan Pənah Hüseynov da işi ilə vidalaşıb. P. Hüseynovun M. Ağalarovun əsas himayəçisi olduğu üzə çıxıb və aparılan araşdırmalar nəticəsində onu da bu işlə əlaqədar vəzifəsindən kənarlaşdırıblar. Hər iki xəbərlə bağlı dəqiqləşdirmə aparmağa çalışırıq və şirkətin mövqeyini yaymağa hazırıq.
Fotoları təqdim edirik
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın