
Vilayət Vəliyevin rektor təyin edilməsi ATU-da nəyi dəyişir?- "Müşahidə edəndə “bolşeviklərin”,demokratlarla” əvəzləndiyi..."
Azərbaycan Texniki Universitetinin 2016-cı ilin yanvarından 2019-cu ilin iyul ayına qədər rektor vəzifəsinin boş qalması universitet daxilində bir çox problemlərə yol açıb.
Qeyd etdiyimiz müddət ərzində bu yer uğrunda istər universitet daxilində, istərsə də universitetdən kənarda mübarizə aparanlar çox olub. Hazırkı vəziyyətə gəlincə universitetə Vilayət Vəliyevin rektor təyin olunması orada heç nəyi dəyişməyib.Hətta,üç ildən də çox rektor əvəzi olan Xalıq Yahudovdun dövründə narahatlıq doğuran 5 minə yaxın tələbənin imtahanlardan fənn kəsiri yaranmasından doğan məsələlər həllini tapmayıb.
Orada təzahür edən məsələlərə və hadisələrə gəlincə,uzun illər keçmiş rektor Havar Məmmədovun himayəsində özünə yer edib, Tədris hissə müdiri vəzifəsində çalışmış Zakay Şayev rektor əvəzi Xalıq Yahudovu da ələ ala bilibmiş. O,zamanla Avtomatika və Kompüter Texnikası,Elektrotexnika və Energetka,Mühəndis Biznesi və Menecment, Radiotexnika və Rabitə, Maşınqayırma ,Metallurgiya, Xüsusi Texnika və Texnologiya fakültələrinin dekanlarını səfərbər edərək, qiyabi tələbələrdən kifayət qədər bəhrələnib. Hətta hadisələr o qədər onun xeyrinə cəryan edib ki, Zakay Şayev, rektor əvəzi Xalıq Yahudovla universitetin Elmi İşlər üzrə prorektoru İlham Pirməmmədovu,ikincinin yerlisi olan dekan və müəllimləri Azərbaycan Texniki Universitetində ikinci dərəcəli şəxslərə çevirə bilibmiş.Hətta vəziyyət o həddə qədər irəlilləyib ki, İlham Pirməmmədova yaxınlığı ilə seçilən istənilən müəllim yeri gəldi-gəlmədi cəzalandırılırmış.
Hazırda nə Xalıq Yahudov rektor əvəzidir,nə də Zakay Şayev Tədris Hissə Şöbəsinin müdiri. Faktinfo.az bildirir ki,bu fikirlər Aktualinfo.org-a universitetdə baş verən proseslərlə bağlı verilən məlumatların kiçik bir hissəsidir.
Bir neçə ay əvvəl Azərbaycan Texniki Universitetinə Vilayət Vəliyevin rektor təyin edilməsindən az sonra Nəqliyyat fakultəsinin dekanı Fazil Həsənov vəzifəsindən kənarlaşdırılıb, prorektor İlham Pirməmmədova isə təzyiqlər artıb. Belə demək mümkünsə Azərbaycan Texniki Universitetində yeni komanda formalaşdırmağa başlanılıb.
Təhsil Nazirliyindəki himayədarlarının müdafiə etdiyi Tədris Hissəsinin keçmiş müdiri Zakay Şayevə gəlincə o, müvazinətini hardasa qoruya bilib, Vilayət Vəliyev Fazil Həsənovun yerinə məhz onu təyin edib.İxtisası yol verməsə belə o,Nəqliyyat fakultəsinin dekanı vəzifəsinə təyin olunub.
Hazırda Texniki Universitetdə elə bir mühit formalaşıb ki,kənardan müşahidə edəndə “bolşeviklərin”,demokratlarla” əvəzləndiyi təəssüratı yaranır. Yəni,tələbələrin imtahana qədərki prosses olan kollekiumdan bal yığması, sonrakı halda imtahandan minimum 51 bal toplaması,diplom işi və digər qiymətləndirmə hallarına görə keçəcəkləri prosseslərdə şəffaflıqla cilalanacaqları ümüdverici görünmür. Bu önəmli məsələyə rektor indiki halda əhəmiyyət vermir,mövcud kadırları yenilərinin əvəzləməsinə üstünlük verilir. Bu isə gələcək üçün “ev bizim,sirr bizim”deyimində Texniki Universitetlə bağlı müsbət xəbərlərin çağırışçısı olacağı fikrini yaratmır. Belə anlaşılır ki,sosial vəziyyəti ağır olan müəllimlər əvvəllər olduğu kimi bundan sonra da Universetdə Həmkərlar təşkilatının varlığını hiss etməyəcəklər. Yenədə əvvəlki illərdə olduğu tək həmkarlarda minlərlə manat vəsait müəllimlərin adına,müxtəlif təyinatlar adı altında rəsmiləşdiriləcək,universitetin baş mühasibinin belə şəffaf işləməsi mümkünsüz olacaq. Tələbə təqaüdlərinin ,müəllimlərin məvacibinin düzgün hesablanıb-hesablanmaması,xərc maddələrinin yüksək həddinin seçilməsi,indiyə kimi tender qaliblərinin kimlər olması və digər islah edici əmsallar məqsədli şəkildə qapadılacaq.
O ki, qaldı Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin hazırda gördüyü işlərə o,vəzifəsini möhkəmlətmək üçün etibarlı tərəfdaş axtarışındadır. Məlumata görə, bir azdan onun da yaxın qohum əqrəbasının universitetə ayaq açacağı qaçılmaz olacaq. /Aktualinfo.org
Bu xəbər üçün şərh yazın