Vilyam Hacıyevin qayınatası erməni olub? -

Vilyam Hacıyevin qayınatası erməni olub? - İLGİNC

İmişli rayonunun keçmiş icra başçısı, hazırda məhkəmə prosesi gedən Vilyam Hacıyevin evindən və iş otağından çıxan 6 milyon manatdan çox pulun həyat yoldaşının babasından miras qalması haqda dedikləri onun ailəsinin milliyyəti haqda məsələni gündəmə gətirib.Bu iddia ilə bağlı ötən gün Yeni Sabah.az-a açıqlama verən Vilyam Hacıyevin əmisi oğlu Hafiz Hacıyev də maraqlı adlar çəkib.

O, Vilyamın həyat yoldaşı Cülyettanın babalarının adını çəkərək deyib: “Məndə elə bir məlumat yoxdur ki, Vilyam Hacıyevin arvadının dədəsi Akop kişidən və ya Levon kişidən onlara nəsə qalıb”.

Akop və Levon erməni etnosuna aid adlardır.

Bundan əlavə keçmiş icra başçısının həyat yoldaşının erməni mənşəli olması haqda bundan əvvəl də mediada dəfələrlə məlumat yayılıb.

Məsələn, Bizimyol.info saytı bir neçə il əvvəl Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta Hacıyevanın erməni əsilli olması haqda məlumat tirajlamışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi