“Virus çox sürətlə, yavaşlamadan daha sürətli yayılır" -Qebreysus
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreysus ölkələrin koronavirus infeksiyası səbəbi ilə tətbiq olunan məhdudlaşdırıcı tədbirləri hansı şərtlər altında aradan qaldıra biləcəyini açıqlayıb.
“RİA Novosti” xəbər verir ki, ÜST rəhbərinin fikrincə, səlahiyyətlilər virusun insandan insana ötürülməsi və xəstəliklə bağlı vəziyyətə nəzarət etdiklərinə əmin olmalı, səhiyyə sistemi isə COVID-19 ilə bağlı hər bir halı aşkarlamalı, test etdirməli, təcrid etməli və müalicə etməlidir.
Bundan əlavə, ÜST rəhbəri tibb müəssisələrində koronavirusun yoluxma riskini minimuma endirməyin, ictimai yerlərdə, o cümlədən iş yerlərində və məktəblərdə profilaktik tədbirlərin tətbiq edilməsinin zəruriliyini vurğulayıb.
“Virus çox sürətlə, yavaşlamadan daha sürətli yayılır. Buna görə, məhdudlaşdırıcı tədbirlər yavaş-yavaş aradan qaldırılmalı və bu prosesə nəzarət edilməlidir. Bu, bir anda baş verməməlidir”, – T.A.Qebreysus bildirib.
O, həmçinin “gətirilən” infeksiya halları riskinin öhdəsindən gəlməyin zəruriliyini də qeyd edib/Report.az
Bu xəbər üçün şərh yazın