VÜQAR SƏFƏRLİ HƏBS EDİLDİ - Milyonların mənimsənilməsində ittiham olunur
Bu gün həbs edilən KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin sürücüsü Əlikram Güləhmədov da saxlanılıb.
Ə.Güləhmədov müdiri Vüqar Səfəliyə qarşı irəli sürülən eyni istintaq işi üzrə həbs olunub.
Qeyd edək ki, Vüqar Səfərli bu gün həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın