“Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobusun sürücüsü qrip ola-ola sərnişin daşıyır - TƏHLÜKƏ
“Xaliq Faiqoğlu” şirkətinə məxsus 79 nömrəli (10-TH-247) avtobusun sürücüsü qripdir və bu vəziyyətdə xəttə buraxılıb.
Bu barədə jurnalist İlhamə Əli məlumat verib.
İ.Əli qeyd edib ki, “Bakı Nəqliyyat Agentliyi və “Xaliq Faiqoğlu” şirkətinin “Sürücülər hər tibbi müayinədən keçir, avtobuslar dezinfeksiya olunur” açıqlamaları yalan imiş: “Dayanmadan asqıran, burnunun kənarları qıpqırmızı, gözləri qızdırmadan axan sürücüyə deyirəm ki, “Bu vəziyyətdə niyə iş başındasınız? Axı sərnişinləri yoluxdurursunuz, maskanız da çənədə...” Deyir, bu gün səhər belə olub, sabahdan çıxmayacaq işə. Sabaha kimi bu avtobusdan istifadə edənləri Allah qorusun...”
Bakı Nəqliyyat Agentliyinin və “Xaliq Faiqoğlu” şirkətinin mövqeyini dərc etməyə hazırıq./Pravda.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın