Xalq artisti Fəxrəddin Manafovla bağlı sirri açdı: “Qəfildən məni öpdü”

Xalq artisti Fəxrəddin Manafovla bağlı sirri açdı: “Qəfildən məni öpdü” 

Xalq artisti, tanınmış aktrisa Firəngiz Mütəllibova kino və teatr fəaliyyəti dönəmində bir dənə də olsun açıq-saçıq səhnəyə çəkilmədiyini deyib.

Faktinfo.az  xəbər verir ki, yenicag.az-a açıqlama verən aktrisa iki dəfə qəfildən öpüldüyünü bildirib:

"Heç vaxt açıq-saçıq səhnələrə çəkilmədim və çəkilmərəm də. Çünki qardaşım, yeznəm, bacım oğlu var. İstəmərəm ki, kimsə yolda onları barmaqla göstərib, artıq-əskik söz desinlər. "Evləri köndələn yar" televiziya tamaşasında Fəxrəddin Manafov qəfildən məni öpüb. "Bəyin oğurlanması" filmində də Vidadi Həsənov eyni hərəkəti təkrarlayıb. Rejissor onlara deyib ki, Firəngizi qəfildən öpün ki, film təsirli alınsın. Bilsəydim, etiraz edərdim yəqin.

Xalq artisti tələbəykən erotik filmə dəvət aldığını da deyib:

"İncəsənət İnstitutunun II kursunda oxuyanda "Mosfilm"dən dəvət aldım. Səhrada yarıçılpaq vəziyyətdə gəzməli idim. Rəhmətlik müəllimim Böyükağa Kazımov dedi ki, qətiyyən buna icazə vermərəm. Bəlkə də başqası olsaydı, razılaşardı. Çünki "Mosfilm" kimi məşhur bir kinostudiyanın istehsalı olan filmə çəkilmək hər aktrisaya nəsib olmur. Amma mən çəkilmədiiymə görə heç sonradan peşman da olmadım".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi