
Xanımından Polad Ələmdara korona ittihamı
Dünyaca məşhur “Qurdlar vadisi” serialında “Polad Ələmdar” obrazı ilə sevilən türkiyəli aktyor Necati Şaşmaz Ukrayna səfərindən qayıtdığı üçün boşanma ərəfəsində olduğu həyat yoldaşı Nagehan Qaşıqçı Şaşmaz övladlarını ona göstərməyib.
Aktyorun xanımı Ukraynadan gələn N.Şaşmazın koronavirus xəstələri üçün nəzərdə tutulan 14 günlük karantində qalmasını tələb edib və övladlarının immunitetinin zəif olduğunu bildirib.
Buna baxmayaraq, N.Şaşmaz vəkil, polis və pedaqoqların müşayiəti ilə övladlarını anasından alıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın