Xaricə milyonları daşıyan TƏKCƏ CAVANŞİR FEYZİYEV DEYİL...

Xaricə milyonları daşıyan TƏKCƏ CAVANŞİR FEYZİYEV DEYİL... - Daha hansı deputat "AĞILLIDIR"...

"Əvvəl də yazmışdım, deputatları xarici ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarına o ölkələrdəki biznesinin, əmlak və ya vəsaitlərinin mövcudluğu prinsipi ilə təyin edirlər.

Məsələn, Cavansir Feyziyev Böyük Britaniya - Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir". Bunu yazan araşdırmaçı jurnalist Cavanşir Həsənli eyham vurur ki, oliqarx-deputatlara bu məsələdə də işlərini yürüdə bilmələri üçün "torpil yapılıb".

Qeyd edək ki, son günlər Cavanşir Feyziyevin məsələsi ölkə gündəmində şok effekti yaradıb. Faktinfo.az  bildirir ki, bunu diqqətə gətirən C.Həsənli ayrı-ayrı deputatlar barəsində də maraqlı faktları açıqlayıb.

Onları təqdim edirik:

"Məsələn, "Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun daha bir üzvü Qaxın fındıq-fıstıq meşələrinin qənimi Azər Kərimlidir. Hər iki oğlu Londonda xırda-para işlərlə məşğuldur, neft treyderi kimi tanınırlar, daşınmaz əmlak bazarında gözə dəyirlər. Qardaşı qızı ABŞ--da mənzil alıb məskunlaşdığı üçün gələcəkdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunda da təmsil olunmaq şansı var".


"Azərbaycan - Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri möhtərəm şeyximizin kürəkəni Əliabbas Salahzadədir. Bilirsinizmi, Cibuti bizim üçün niyə əhəmiyyətlidir? Çünki Paşazadələr bu ölkədən xurma, banan və ədviyyat idxal edir".


Qeyd edək ki, araşdırmaçı-jurnalist deputatları İFŞA FAKTLARINI davam etdirməkdədir və biz də intensiv olaraq oxucularımızı məlumatlandıracağıq. Bizi izləməkdə davam edin.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi