Xarici ölkə alimləri Aqrar Universitetdə bir araya gəlib
Azərbaycan Dövlət Aqrar Universitetinin, Almaniyanın Qrayfsald Universitetinin və Gürcüstan Kənd Təsərrüfatı Universitetinin alimləri Azərbaycan və Gürcüstanda ümumi istifadədə olan örüş yerlərinin idarəedilməsi problemlərinin həlli məsələləri ilə əlaqədar Gəncədə-Aqrar Universitetin tələbə evinin konfrans zalında bir araya gəlib.
ADAU-nun mətbuat xidmətindən Faktinfo.az-a verilən xəbərə görə toplantıda “Azərbaycan və Gürcüstanda birgə istifadədə olan örüş yerlərinin idarəedilməsi problemlərinin tədqiqi ” (Co 4) adlı müştərək elmi tədqiqat işinin yekun nəticələri müzakirə edilib. Bu təqiqatın məqsədi örüş yerlərinin idarəedilməsinə dair dövlətlərin və inzibati idarəetmə orqanlarının, normativ hüquqi aktların, həmçinin kəndlilərin müəyyənləşdirdiyi qaydaları araşdıraraq mövcud əməkdaşlıq münasibətlərini və yaranan münaqişləri müəyyən etməkdir.
Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ölkəmizin müstəqillik günü ərəfəsində belə bir konfransın keçirilməsini alqışlayıb və 3 ölkənin örüş yerləri haqqında tədqiqatlarının nəticəsinin müzakirəsinə uğurlar arzulayıb.
Layihənin Azərbaycan üzrə rəhbəri, ADAU-nun professoru Məhərrəm Hüseynov, Layihənin ümumi rəhbəri professor Volker Bekmann, layihənin Gürcüstan üzrə rəhbəri professor Aleksandr Didebulidze tədqiqatın nəticələrindən danışıb,örüş yerlərinin ekoloji vəziyyəti və bu layihənin iqtisadi səmərəliliyini izah ediblər.
Toplantıda həmçinin ev təsərrüfatlarının sosial-iqtisadi göstəriciləri və heyvandarlıq məhsullarını satışı, ümumi istifadə olunan örüş yerlərindən istfadənin idarəedilməsi qaydaları, əməkdaşlıq potensialı və çatışmazlıqlar, sahə tədqiqatlarının nəticələri və Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin layihəsi nəticələrinin uyğunluğuna dair yanaşmalar da geniş müzakirə edilib
Bu xəbər üçün şərh yazın