Xəbərdarlığa əməl olunmadı: -Rusiya Britaniya gəmisinə atəş açdı
Rusiya hərbçiləri Krım yarımadası yaxınlığında Böyük Britaniyanın “Defender” eskadra minadaşıyan gəmisinə xəbərdarlıq atəşi açıblar.
Faktinfo.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Məlumata görə, hadisə Qara dənizdə, Fiolent burnu rayonunda baş verib: “Eskadra minadaşıyan gəmisinə Rusiya Federasiyasının sərhədini pozacağı halda atəş açılacağı barədə xəbərdarlıq edilib. Xəbərdarlığa əməl olunmayıb. Bu səbəbdən sərhəd mühafizə gəmisi xəbərdarlıq atəşi açıb”.
Vurğulanıb ki, bundan bir neçə dəqiqə sonra “Su-24M” təyyarəsi “Defender”in hərəkət istiqamətinə xəbərdarlıq bombası atıb. Bundan sonra Britaniya gəmisi hərəkət istiqamətini dəyişib.
Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, iyunun 23-də “Defender”də Ukrayna, Böyük Britaniya və ABŞ xüsusi təyinatlıları ilə birlikdə təlim keçiblər. Məlumata görə, iyunun 28-dən iyulun 10-dək Qara dənizdə Ukrayna və NATO birgə təlim keçirəcəklər.
Bu xəbər üçün şərh yazın