Xəstəxanalarda pulları belə silirmişlər – ÜSULLAR
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2018-ci ilin birinci yarısında dövlət qurvmlarında apardığı yoxlamaların nəticələrini açıqlayıb.
Fed.az nazirliyə istinadən xəbər verir ki, bu dövrdə büdcə vəsaitlərinin xərclənməsində çoxsaylı və ciddi pozuntular aşkarlanıb. Pozuntuların bir hissəsi səhiyyə müəssisələrində qeydə alınıb.
Pulları keçmiş işçilərin kartına köçürürlər
Araşdırmalar göstərib ki, Səhiyyə Nazirliyinin büdcədən maliyələşdirilən xəstəxanalarında boş iş yerlərinə görə pul silinir, həmin pullar işləyən və hətta işdən çıxarılmış işçilərin kartlarına köçürülüb oğurlanır: «Vakant ştat vahidlərinə görə yaranmış vəsait hesabına mühasibatlıq tərəfindən faktiki olaraq işçilərin iş günləri artıq göstərilir və əməkhaqlarının əsassız olaraq artırılması nəticəsində artıq hesablanmış vəsait xəstəxanalarda əvvəllər işləmiş və sonradan tutduqları vəzifələrindən azad edilmiş, həmçinin hazırda işləyən işçilərin plastik kartlarına köçürülərək israf edilir».
Pozuntulardan biri də avtomobillərə aylıq yürüş həddindən artıq qət edilmiş məsafəyə görə yanacağın silinməsidir.
Aşkar edilib ki, maddi-məsul şəxslər öhdələrində dərman preparatları, reaktivlər və ərzaq məhsulları üzrə çatışmazlığa yol verir, mallar (iş və xidmətlərin) satınalma müsabiqələri keçirilmədən satın alınır, bəzi hallarda özəl tibb müəssislərinə verilən eritrasit kütlənin, təzə dondurulmuş plazmanın, trambosit kütlənin və yuyulmuş eritrosit kütlənin qablaşdırılması üçün istifadə edilən torbanın dəyəri həmin müəssisələrdən alınmır.
«Xəstəlik tarixçələri» ilə dərman silirlər
Maliyyə Nəzarəti xidməti aşkar edib ki, xəstəxanalarda müalicə olunan xəstələrin “xəstəlik tarixçələri”ndə həkimlərin müvafiq qeydləri olmadığı halda dərman preparatları uçotdan silinir. Ən maraqlı yeyinti üsulu: xəstəxanaarda müvafiq kabinet və şöbələri təmir işləri ilə əlaqədar fəaliyyət göstərmədikləri halda, həmin kabinet və şöbələrin işçilərinə zərərli iş şəraitinə görə vəzifə maaşının üçdə iki hissəsi qədər əlavə haqq ödənilir.
Araşdırmada məlum olub ki, xəstəxanaların çoxunda müvafiq dövr üçün ştat cədvəlləri tərtib edilərkən əvvəlki dövrlərdə mövcud olan vakant ştatların sayı nəzərə alınmayıb və nəticədə bütün illərdə proqnozlaşdırılmış ştat vahidlərinin xeyli hissəsi vakant qalıb. Nəticədə əmək haqqı fondunda istifadə edilmədən qalmış büdcə vəsaitləri işçilərə əlavə haqq kimi bəzi hallarda əsaslı, bəzi hallarda isə əsassız olaraq ödənilib.
Pul köçürürlər, amma mal almırlar
Maliyyə Nazirliyinin araşdırmaları onu da göstərib ki, Səhiyyə Nazirliyinin Mərkəzi rayon (şəhər) xəstəxanalarında malsatan təşkilatlara xeyli məbləğdə vəsaitlər köçürülür, onların müqabilində malların alınması rəsmiləşdirilir. Amma araşdırma zamanı məlum olub ki, həmin mallar faktiki olaraq alınmır, üstəlik alınmış kimi göstərilən malların saxta sənədlər tərtib etməklə uçotdan silinbundan başqa, məlum olub ki, bayram günləri münasibəti ilə tədbirlərin keçirilməsi adı ilə fiziki şəxslərin hesablarına əsassız olaraq vəsait köçürülür, elə də müalicə edilən xəstələrə mövcüd normalardan artıq, habelə stasionar şöbələrdə müalicə olunan xəstələrin sayının şişirdilməsi hesabına əsassız olaraq ərzaq məhsulları silinir.
Qaz yerinə dizel yanacağı
Maraqlı pozuntulardan biri xəstəxanaların qızdırılmasına aiddir. Belə ki, xəstəxanalar təbii qazla isidildiyi halda əsassız olaraq həmin dövrdə isidilmə üçün xeyli məbləğdə dizel yanacağının da istifadə edildiyi yazılıb.
təcili tibbi yardım maşınlarının yol vərəqələrində isə müxtəlif yaşayış məntəqələri arasında olan məsafələrin faktiki məsafədən çox göstərilməsi hesabına artıq yanacaq silinirmiş.
Bundan başqa, bəzi xəstəxanalarda normadan artıq ştat vahidlərinin saxlanılıb, müvafiq təhsili olmayan şəxslər işə qəbul edilib. Bundan başqa nazirlik bildirir ki, səhiyyə sektorunda əməkhaqqının hesablanmasını tənzimləyən qaydaların tələblərinin pozulması hesabına xeyli məbləğdə əməkhaqqının artıq ödənildiyi də aşkar edilib.
Olmayan şirkətlərdən də mal alırmışlar
Ən kreativ yayınma üsullarından biri də odur ki, malların (iş və xidmətlərin) satın alınması zamanı müvafiq satınalma metodlarından istifadə edilmir, bəzi hallarda isə fəaliyyətlərini rəsmi olaraq dayandırmış təşkilatların tenderlərdə iştirak etdiyi yazılırmış.
Bu xəbər üçün şərh yazın