Xətaidə etiraz aksiyası: icra başçısı hadisə yerində -

Xətaidə etiraz aksiyası: icra başçısı hadisə yerində - Video

Bakıda çoxmərtəbəli yaşayış binalarının avtodayanacağında tikinti işi aparılır. Həmin binaların sakinləri isə tikintiyə narazılıq edirlər.

Xəzər TV xəbər verir ki, Xətai rayonunda iki doqquzmərtəbəli binanın sakinləri illərdir avtomobillərini saxladıqları ərazidə binanın tikintisinə narazılıq edirlər.

Sakinlər deyirlər ki, bir müddədir tikinti şirkətlərindən birinin əməkdaşları onların yaşadıqları, Gəncə prospekti 29/42 ünvanında avtomobil dayanacağında çoxmərtəbəli bina inşa etmək üçün ərazinin bir hissəsini taxta ilə hasara alıblar.

Sakinlər tikintini aparmaq istəyən ''Sultan-Y'' MMC-nin əməkdaşlarına tikintinin aparılması üçün bir neçə dəfə irad bildiriblər.

Məsələ ilə bağlı ''Sultan-Y'' MMC-dən bildirdilər ki, sözügedən ərazidə bina inşa etmək üçün bütün rəsmi icazələri var. Həmin ərazidə 2 ədəd 16 mərtəbəli, iki bloklu binanın inşası üçün layihələri də mövcuddur.

Sakinlərin etiraz aksiyası axşam saatlarına qədər davam edib. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev də sakinlərlə görüşmək üçün hadisə yerinə gəlib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu isə bildirib ki, həmin ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi üçün MTK-ya Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14.06.2017-ci il tarixli 267 nömrəli sərəncamı ilə icazə verilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən də həmin ünvanda yaşayış binasının tikintisinə qeyd edilən sərəncamlar və aidiyyəti dövlət qurumlarının rəyləri əsasında icazə var.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi