
Xəzər Universitetindəki elan tənqid olundu - Foto
Xəzər Universitetinin yeməkxanasında yerləşdirilən elan müzakirələrə səbəb olub.
Bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə foto paylaşıb.
Sözügedən elanda tələbələrə bildirilib ki, kənardan yemək gətirmək qəti qadağandır, əks halda töhmət alacaqlar.
Qeyd edək ki, Xəzər Universitetinin rektoru İradə Xəlilovadır.
***
Kamran Əsədov elanın artıq aradan qaldırıldığını və bunu edən bufet rəhbərliyinin cəzalandırıldığını bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın