Xorvatiya parlamentinin üzvündən Azərbaycana dəstək
“Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməli, Cenevrə Konvensiyası pozulmamalı və mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır”.
Xorvatiya parlamentinin deputatı Veljko Kajtazi belə bəyanatla çıxış edib. O, Azərbaycanlı həmkarlarına ünvanladığı məktubda son günlər Ermənistanın təxribatı nəticəsində onlarla dinc insanın ölümündən kədərləndiyini bildirib: “2013-cü ildə Azərbaycanla imzaladığımız Zaqreb Bəyannaməsində Dağlıq Qarabağdakı Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in Lissabonda keçirilmiş sammitinin suverenliyə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına əsaslanan üç prinsipinə uyğun olaraq sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayan 3-cü bəndini qeyd etmək istəyirəm. Təhlükəsizlik Şurasının müvafiq 822, 853, 874 və 884 nömrəli qətnamələrinə uyğun olaraq suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipinə hörmət etməliyik. Gələn məlumatlarda Tərtər, Daşkəsən, Füzuli və Naftalan şəhərlərinə hücumlar nəticəsində bir çox mülki şəxslərin evləri, şəhər infrastrukturu, xəstəxanalar və inzibati binalar dağıdılmış, günahsız insanlar həlak olmuşdur. Naftalanda beş nəfərdən ibarət bütün ailə həlak olub. Mülki şəxslərin həlak olması Cenevrə Konvensiyasını kobud şəkildə pozur”.
Bu xəbər üçün şərh yazın