Xudat sakinləri İcra başçısından bu problemə diqqət yetirməsini istəyirlər

Xudat sakinləri İcra başçısından bu problemə diqqət yetirməsini istəyirlər 

Xaçmaz rayon Xudat şəhər sakinləri rayona yeni təyin olunmuş Icra Hakimiyyətinin başçısı Elnur Rzayevdən bir çox problemlərin həll edilməsini , o cümlədən Xudat şəhərinə kanalizasiya sisteminin çəkilməsini aidiyyatı təşkilatlar qarşısında qaldırmasını istəyirlər.

Faktinfo.az saytına rayondan verilən və ictimailəşdirilməsi istənilən  məlumata görə, Xudat şəhərində kanalizasiya sistemi yoxdur. Əhali dolmuş tualetlərini şəhər inzibati icra nümayəndəliyinin balansında olan 4 zibiltəmizləmə maşını ilə təmizlədirlər. Mövcud vəziyyət hazırda müəyyən çətinliklər yaradır. Bu səbəbdən son illər şəhərdə infeksion xəstəliklər də xeyli artıb.

Qeyd edək ki,şəhər sakinləri  bu barədə keçmiş icra başçısı Şəmsəddin Xanbabayevdən dəfələrlə mövcud problemin aidiyyatı təşkilatlar qarşısında qaldırılmasını istəyiblər. Amma o, bu problemə biganə yanaşıb.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər