“Ya qalib gələcəyik, ya da Kiyev üçün əlverişli razılaşma imzalanacaq” -

“Ya qalib gələcəyik, ya da Kiyev üçün əlverişli razılaşma imzalanacaq” - XİN başçısı

“Biz Rusiyanı total şəkildə, qeyd-şərtsiz məğlub etmək üçün ya müharibəyə sona kimi köklənməliyik, ya da Ukrayna üçün əlverişli razılaşma olmalıdır.

Hesab edirəm ki, ikinci variant realdır”. Faktinfo.az Report.az-a istinadla xəbər verir ki, bu fikirləri Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Ukrainskaya pravda” nəşrinə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Ukrayna diplomatiyası bu razılaşmanın rəsmi Kiyev üçün maksimal şəkildə əlverişli olması üçün çalışır: “Prezident kiməsə milli maraqların satılması ilə bağlı göstəriş verməyib. Zelenskinin qarşıya qoyduğu vəzifə çox aydındır: Ukrayna təhlükəsizliyinin maksimal təminatı. Kiminsə nəyisə sızdırması ilə bağlı bütün fərziyyələr sadəcə bir informasiya müharibəsidir ki, biz ciddi, yetkin insanlar olmağı öyrənməliyik və şayiələrə uymamalıyıq”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi