Yanvarın 1-dən hibrid avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir
Gələn il yanvarın 1-dən Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin satışı da ƏDV-dən azad edilir.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, indiyədək elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad idi. Bundan sonra elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilir.
Bundan başqa, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın