YAP-çı deputat Məşğulluq Xidmətini TƏNQİD ETDİ- Bankir oğlunun məşğulluq siyasəti tənqid olundu
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Rauf Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyətini tənqid edib.
Demokrat.az-ın xəbərinə görə, deputat deyib ki, xidmət müraciət edən şəxsə ən aşağı səviyyəli işləri təklif edir:
“Həmin şəxs də deyir ki, ali təhsilliyəm. Ona görə də təklif edilən işdən imtina edir. Beləliklə, həmin vətəndaş işsiz qalır. Bu məsələyə hansısa formada baxılmalıdır”.
Qeyd edək ki,ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin rəisi “Aqrarkredit” Səhmdar KreditTəşkilatının prezidenti ,Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayevin oğlu Fuad Musayevdir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın