Yasamalda şirkət parkın ağaclarını kəsir

Yasamalda şirkət parkın ağaclarını kəsir 

Yasamal rayonu Şərifzadə 168 A ünvandakı binanın həyətində yerləşən parkın ağacları “Qismət-M Construction” tikinti şirkəti tərəfindən kəsilib.

Bu barədə bina sakinləri Axar.az-a ünvalandıqları şikayət məktubunda qeyd ediblər. Onlar ağacların kəsilməsinə səbəb kimi şirkət tərəfindən tikilən yeni binanın qarajına yol çəkilməsini göstəriblər.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Qismət-M Construction” tikinti şirkətinin nümayəndəsi şikayətlərin əsassız olduğunu bildirib:

“Biz köhnə binanın yerinə yenisini tikirik və binanın həyətinə heç bir zərər vurmamışıq. Qaraja hələ heç yol çəkilməyib. Hamısı yalan məlumatdır. Biz binanı tikib, sakinləri yerləşdirdikdən sonra qaraj haqqında fikirləşəcəyik”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə sayta  bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.

Yasamalda şirkət parkın ağaclarını kəsir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər