
“Yaxın günlərdə bələdiyyə seçkiləri elan ediləcək” – MSK sədri
Bu ilin dekabrın ikinci yarısında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
APA.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, yaxın günlərdə seçkilər elan ediləcək: “1606 bələdiyyəyə 15 mindən artıq üzv seçilməsi gözlənilir”.
MSK sədri bildirib ki, dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seminar-müşavirə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid hissəsinin icrası ilə əlaqədardır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın