Yayın sonuna qədər ruslar Ukraynadan qovulacaq - Hoces

Yayın sonuna qədər ruslar Ukraynadan qovulacaq - Hoces 

Ukrayna hərbçiləri yayın sonuna qədər rus qoşunlarını fevralın 23-dək olan təmas xəttinə geri çəkə biləcəklər.

Bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hoces deyib.

“Məncə, ruslar artıq kulminasiya nöqtəsinə yaxınlaşır. Onların döyüşə getməyə hazır olan yüz minlərlə yeni əsgərləri və ya yeni tankları yoxdur. Yaxın həftələrdə Ukraynanın potensialını artırmaq üçün ABŞ və onun müttəfiqləri tərəfindən çox iş görülüb. Düşünürəm ki, biz Ukraynanın əks-hücuma keçdiyini görəcəyik. Açığını deyim ki, yayın sonuna qədər Ukrayna Rusiyanın işğal etdiyi əraziləri geri qaytaracaq”, - general bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi