Yeni plan: Belarus Rusiyadan ayrılacaq

Yeni plan: Belarus Rusiyadan ayrılacaq 

Rusiyanın müharibəni bitirmək üçün ideal variantı işğal altındakı Krımı və Donbası Ukraynaya qaytarması olardı.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Ukrayna 1991-ci ildən azad ölkədir. Belə də olacaq. Krım bizim ərazimizdə olacaq. Rusiyanın indi tutduğu ərazilər bizə qayıdacaq”, - o bildirib.

Onun fikrincə, Belarus başqa ssenari ilə hərəkət edərək Ukraynaya dost olacaq:

“Bu, mütləq baş verəcək (hakimiyyət dəyişikliyi – red.), çünki bu, həyatdır. Bəziləri bunun tez olmasını istəyir, lakin bu, həmişə belə alınmır. Belarusun azad, demokratik ölkə olacağına əminəm. Rusiya nisbətən böyük bir dinozavrdır, böyük bədənə, geniş əraziyə, lakin çox kiçik bir başa malikdir”./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi