Yeni zəlzələ: Malatyada binalar uçdu - ölən var
Xəbər verdiyimiz kimi, Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal, Malatya vilayətinin Yaşılyurd rayonunda da 5,6 bal gücündə zəlzələ olub.
Axar.az xəbər verir ki, zəlzələ nəticəsində Malatya vilayətinin mərkəzində bir zədəli binanın, Yaşılyurdda isə bir neçə ağır zədəli binanın uçduğu bildirilir.
Hazırda insan tələfatı ilə bağlı məlumat yoxdur, xilasedicilər dağıntılar altında qalan ata və qızını çıxarmaq üçün çalışır.
***
Türkiyənin Malatya şəhərinin Yeşilyurd rayonunda bu gün günorta saatlarında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 69 nəfər yaralanıb.
Bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın